“Tottenhem” “Leypziq”dən icarəyə götürdüyü Timo Verneri komandada saxlamaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi almaniyalı hücumçu ilə müqavilə yeniləməyəcək.
“Tottenhem”in məşqçilər korpusu Vernerin performansından məmnun deyil. Futbolçu yayda “Leypziq”ə qayıdacaq.
London təmsilçis cari mövsüm meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.