Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, günün ikinci matçında “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. İki qolun qeydə aldığı matçda qalib müəyyənləşməyib – 1:1.
“Sabah” hazırda 35 xalla turnir cədvəlində beşinci, “Zirə” isə 52 xalla ikinci yeri tutur.
Misli Premyer Liqası
27-ci tur
15 mart
19:30. “Sabah” – “Zirə” 1:1
Qollar: Cesse Sekidika, 34 (1:0), Davit Volkov, 63 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayılov
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”

