Luis Dias “Barselona” və “Mançester Siti”nin hədəfində.
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” braziliyalı futbolçunu satmağa qərar verərsə, “Barselona” və “Mançester Siti” oyunçu üçün hərəkətə keçəcək.
Futbolçunun dəyəri “transfermarkt” portalına görə 85 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Dias bu mövsüm 41 oyuna 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

