07 İyul 2026
Dünya futbolu

“İnter” baş məşqçisi ilə müqavilə uzadır

“İnter” baş məşqçisi Simone İnzaqi ilə müqavilə uzada bilər.

İdmanxeber.az-ın məlumatına görə, Milan klubunun rəhbərliyi 48 yaşlı mütəxəssislə sözləşməni 2027-ci ilin yayına kimi uzatmaq istəyir.

İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub, iki dəfə kuboku və üç dəfə ölkə Superkubokunu qazanıb. Komanda 2022/23 mövsümündə Çempionlar Liqasının finalına yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43