17 İyul 2026
Dünya futbolu

“Barselona” müdafiəçisini göndərir

“Barselona” yayda Andreas Kristenseni satışa çıxarmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçinin müqaviləsi 2026-cı ilin iyununda başa çatır. Ancaq  klub onun satışından gəlir əldə etmək niyyətindədi.

Futbolçuya bir neçə klubdan maraq var. Hələlik onunla bağlı Kataloniya təmsilçisinə rəsmi təklif gəlməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43