08 İyun 2026
Ölkə futbolu

“Kəpəz”in legioneri millimizdən danışdı: “Ölkədə insanlar bu cür nəticələrdən narazı idilər”

“Azərbaycan millisinin oyunlarına baxmağa çalışıram. İndi orada çoxlu yeni adlar peyda olur. Millətlər Liqasında uğursuz oldular. Yalnız Estoniya ilə cəmi bir oyunda bərabərə qaldılar. Qrupda İsveç və Slovakiyanın yer aldığı digər görüşlərdə məğlub oldular. Təbii ki, ölkədə insanlar bu cür nəticələrdən narazı idilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Yeqor Xvalko Belarus millisinin Azərbaycanla keçirəcəyi oyun barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“İndi portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında heyət yenilənir. Siyahıya baxdım – 4-5 yeni futbolçu var. Oxudum ki, Alosun rəhbərliyi altında artıq 15 futbolçu Belarusda debüt edib. Burada da təxminən eyni vəziyyətdir. Gənc oyunçuları cəlb edirlər. Bir neçə təcrübəli var, 30-32 yaşlarında – əsasən bizimkilərlə eynidir. Amma orta hesabla futbolçuların 27-28 yaşı var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43