03 İyul 2026
Dünya futbolu

“Bavariya” müdafiəçisini itirdi

“Bavariya”nın futbolçusu Alfonso Deyvis üçün mövsüm erkən başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Kanada yığmasının üzvü KONKAKAF Millətlər Liqası çərçivəsində ABŞ-la matçda (2:1) zədə alıb. Onun təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

 Deyvis Almaniya Bundesliqasının cari mövsümündə 19 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43