03 İyul 2026
Dünya futbolu

Azərbaycan millisindən böyükhesablı məğlubiyyət

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan Azərbaycan U-17 millisi ikinci yoxlama görüşünü keçirib.

İdmanxeber.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43