15 İyul 2026
Ölkə futbolu

Nəriman Axundzadə “Molde”də – SON DƏQİQƏ!

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin “Molde” klubuna keçəcək.

O, transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, “Molde”nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “köhlən atlar”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.(Football.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43