“Real” futbolçusu Raul Asensio ilə müqavilə uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmə 2031-ci ilə qədər olacaq. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 2017-ci ildən Madrid klubunda çıxış edən 22 yaşlı futbolçu bu mövsüm 29 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

