“Bilirdik ki, bizi çətin rəqib gözləyir. “Kəpəz” əsas rəqibimizdir. Oyunun ciddiliyinin fərqinə varırdıq. Məncə, indiki durumda bu 1 xal bizə xeyir verəcək”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Səbail”in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 28-ci turunun “Kəpəz”lə oyundan sonra mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Futbolçuların yerinə danışmaq asan olar. Əziyyəti onlar çəkir. Yorulubsa, bir az vaxt apara bilər. Bu, futbolun qanunudur. Amma bura 1 xal üçün gəlməmişdik, 3 xal üçün gəlmişdik. Şükürlər olsun ən azından uduzmadıq. Çempionat davam edir. Ümidimizi üzməmişik, sona qədər mübarizə aparacağıq”

