24 İyun 2026
Ölkə futbolu

Azərbaycanda bu klub qeyri-peşəkar addım atdı, cəza qaçılmazdı! – ÖZƏL

Azərbaycan I Liqasında XX turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qaradağ Lökbatan” “Cəbrayıl”la üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Ancaq Lökbatan klubu matçda ciddi səhvə yol verib. Belə ki, komanda adı oyun protokolunda olmayan iki futbolçunu meydana buraxıb. Bu isə Lökbatan klubunun texniki məğlubiyyət almasına səbəb olacaq.

Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43