“Roma”nın futbolçusu Mats Hummels karyerasını bitirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçinin paytaxt klubu ilə sözləşməsi mövsümün sonuna qədərdir.
O, sözləşmə bitdikdən karyerasını bitirmək qərarına gəlib.
Mats Hummels bu mövsüm “Roma”nın heyətində 18 matça çıxaraq 1 qol vurub.
.

