Xabi Alonso “Real”ın baş məşqçisi olmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına, ispaniyalı mütəxəssis Madrid klubunda işləməyə müsbət yanaşır.
Əgər Karlo Ançelotti mövsüm sonu komandadan ayrılsa, Alonso onun yerinə keçəcək.
İtaliyalı postunda qalsa, gənc mütəxəssis “Bayer”dən ayrılmayacaq. O, yayda “Real” rəhbərliyinin verəcəyi qərara görə hərəkət edəcək.

