Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, qonaqların heyətində Yusuf Laval və Fuad Bayramov bu görüşdə iştirak etməyəcək. Buna səbəb oyunçuların zədəli olmasıdır.
Ağdam təmsilçisi də görüşə itki ilə çıxacaq. Zədəli Şahruddin Məhəmmədəliyev “Zirə”yə qarşı oynaya bilməyəcək. Komandanın heyətində cəzalı futbolçu yoxdur.
“Zirə” – “Qarabağ” matçı bu axşam saat 19:30-da başlayacaq.

