08 İyul 2026
Dünya futbolu

“Qalatasaray”dan Vlahoviç həmləsi

“Qalatasaray” “Yuventus”un futbolçusu Duşan Vlahoviçi heyətinə qatmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, “cim – bom” Viktor Osimhen mümkün gedişini nəzərə alaraq, serbiyalı futbolçunu transfer etmək istəyir.

Vlahoviçinin hazırki transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, 25 futbolçunun “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Duşan bu mövsüm çıxış etdiyi 36 matçda rəqib qapılarından 14 top keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43