Albaniya çempionatında 33-cu turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” evdə “Elbasani”yə uduzub – 1:2.
Əliyev 90 dəqiqə meydanda olub, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Hazırda “Eqnatiya” 58 xalla liderliyini davam etdirir.

