05 İyun 2026
Dünya futbolu

Karlo Ançelotti “Real”dan ayrıla bilər

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024/25 mövsümünün sonunda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis UEFA Çempionlar Liqasını qazana bilməsə, vəzifəsindən gedəcək.  Ançelottinin “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Ançelotti İspaniya klubundan ayrılsa, Braziliya millisinin baş məşqçisi ola bilər.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43