14 İyun 2026
Dünya futbolu

“Arsenal” Arda üçün 30 milyon verir

“Real”ın futbolçusu Arda Güler “Arsenal”ın maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, London klubu türkiyəli futbolçunu heyətinə qatmaq istəyir. “Topçular”ın baş məşqçisi Mikel Arteta Ardanı komandasında görmək niyyətindədi.

“Arsenal” 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İspaniya klubuna 30 milyon avroluq rəsmi təklif göndərəcək.

 Türkiyə millisinin üzvü olan Güler bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43