30 İyun 2026
İdman

Azərbaycan Basketbol Liqasının oyunlarına iki əcnəbi hakim dəvət olunub

Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.

Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması, gənc hakimlərimiz üçün də canlı təcrübədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43