05 İyun 2026
Dünya futbolu

“Qvardiola başqa dünyadandır” – Lionel Messi

Argentina və “İnter Mayami”nin hücumçusu Lionel Messi Pep Qvardiola barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu ispaniyalı mütəxəssis üçün xoş sözlər söyləyib:

“Qvardiola başqa dünyadandır. O, fərqlidir, heç kimin görmədiyini görür. Futbolu dəyişdi. Hamı bizim oyunumuzu kopyalamaq istəyirdi. Əslində o, futbola bir az ziyan vurdu.

Hər kəs bizim “Barselona” kimi oynamağa çalışırdı. Komandada Xavi, İnyesta və Busketsdən ibarət xüsusi oyunçular var idi və futbolçularla məşqçi arasındakı münasibət mükəmməldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43