Albaniya kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Partizan”ın qonağı olub. İlk matçda 0:1 hesabı ilə məğlub olan “Eqnatiya” cavab görüşündə qələbə qazanıb – 2:0.
Start heyətində meydana çıxan Zamiq sonadək meydanda olub.
“Eqnatiya” finalda mayın 1-də “Dinamo” (Tirana) ilə qarşılaşacaq.

