02 İyul 2026
Ölkə futbolu

Klub rəhbərliyi finala yüksələn heyəti tək kəlmə ilə sevindirdi – 250 min manat…

“Sabah” rəhbərliyi komandanın Azərbaycan Kubokunda finala çıxmasına biganə qalmayıb.

İdmanxeber.az-a verilən məlumata görə, tarixində ilk dəfə finala vəsiqə qazanan klub oyunçulara ciddi məbləğdə mükafat verəcək. Rəhbərlik “Neftçi” səddini keçən komandaya 250 min manata yaxın pul ayırıb. Hər oyunçu təxminən 10 min manat “premya” alacaq.

Xatırladaq ki, “Sabah” Azərbaycan Kubokunun finalında “Qarabağ”la üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43