“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Zubimendi karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı ispaniyalı ilə “Arsenal” maraqlanır. Londonlular danışıqların qabaqcıl mərhələsindədir. Futbolçunun sərbəst qalma məbləği 60 milyon avrodur.
Bu mövsüm Zubimendi 43 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

