16 İyun 2026
Dünya futbolu

“Real” qapıçısı Tibo Kurtua ilə müqavilə uzadır

“Real” qapıçısı Tibo Kurtua ilə yaxın vaxtlarda müqavilə uzadacaq.

İdmanxeber.az-ın məlumatına görə, belçikalının yeni sözləşməsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq.  Kurtua 2018-ci ilin avqust ayından “Real”da çıxış edir.

Bu mövsüm o, bütün turnirlərdə 43 oyu keçirib, 48 qol buraxıb. Qolkiperin Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43