14 İyul 2026
Dünya futbolu

“Real” prezidentidən Ançelotti qərarı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə danışıqlar aparsa da, Madrid klubu müqaviləni əngəlləyib.

İdmanxeber.az-ın məlumatına görə,  prezidenti Florentino Peres mütəxəssisin ayrılmasını istəmir. Ançelottinin iyunun 15-dən iyulun 13-dək keçiriləcək 2025-ci il Klublararası Dünya Çempionatının sonuna qədər klubda qalacağını gözləyir.

33 turdan sonra “Real” La Liqanın turnir cədvəlində lider “Barselona”dan 4 xal geri qalaraq 2-ci yerdədir. Komanda Çempionlar Liqasının 1/4 finalında da “Arsenal”a uduzub, İspaniya kubokunun finalında isə “Barselona”ya məğlubiyyətlə üzləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43