“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqada ilin ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu İngiltərədə Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən keçirilən səsvermədə səslərin 90 faizini toplayıb. Salah üçüncü dəfə bu mükafatı qazanmaqla Tyerri Anrinin rekordunu təkrarlayıb.
Salah bu mövsüm bütün turnirlərdə “Liverpul” forması ilə 49 oyuna çıxıb, 33 qol vurub və 23 məhsuldar ötürmə edib. 32 yaşlı futolçu “Liverpul”la bu mövsümün qalibi olub.

