04 İyun 2026
Ölkə futbolu

“Səbail” Premyer Liqanı tərk etdi, “Neftçi”dən qələbə – YENİLƏNİB

Misli Premyer Liqasında 34-cü tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib.

Əvvəlcə sonuncu pillədə qərarlaşan “Səbail” artıq gümüş medalları təmin edən “Zirə”ni qəbul edib. Matç “qartallar”ın qələbəsilə başa çatıb – 1:0.

Aktivində 22 xalı olan “Səbail”in bu nəticənin ardından sona iki tur qalmış Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Günün ikinci oyununda isə 49 xalla dördüncü pillədə qərarlaşan “Turan Tovuz” öz meydanında 37 xalla altıncı yerdə olan “Neftçi”yə məğlub olub – 1:2.

10 may (şənbə)

17:00. “Səbail” – “Zirə” 0:1

Qol: David Volkov, 90+2
Hakimlər:
 Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
“ASCO Arena”

19:30. “Turan Tovuz” – “Neftçi” 1:2

Qollar: Emin Mahmudov, 9 (0:1), Rəhim Sadıxov, 16 (1:1), Dembo Darbo, 32 (1:2)
Hakimlər:
 Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43