“Real”ın hücumçusu Rodriqo komandanı tərk etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu klubda qalmaq istəmir. O, az forma şansı qazandığı üçün bu qərara gəlib.
O, 2019-cu ilin yayından “kral klubu”nun formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq.

