04 İyun 2026
Ölkə futbolu

Bölgə klubunda böhran – Futbolçular rəhbərliyi oyuna çıxmamaqla təhdid edir

Azərbaycan II Liqası klubunda maliyyə problemi yaşanır.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət “Kür Araz”dan gedir. Mövcud durum futbolçuları çıxılmaz vəziyyətə salıb. Oyunçular 3-4 aydır maaş ala bilmir.

Onlar bununla bağlı dəfələrlə rəhbərliyə müraciət etsələr də, problem həll olunmur. Hətta futbolçular bu duruma etiraz olaraq, mövsümün sonuncu oyununa çıxmaya da bilər.

Klub rəhbərliyinin problemə biganə qalması oyunçuları artıq təngə gətirib. Komanda ən qısa vaxtda maaşlarının ödənilməsini tələb edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43