15 İyul 2026
Dünya futbolu

Avropa Liqasının qalibi bəlli oldu

İdmanxeber.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib. İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxıb.

Bununla da “Tottenhem” tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43