08 İyul 2026
Dünya futbolu

“Liverpul”dan “Barselona”ya keçir

“Liverpul”un vingeri Luis Dias karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı kolumbiyalı ilə “Barselona” maraqlanır. Kataloniya klubu futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

Bu mövsüm Dias 49 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun dəyərini 85 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43