17 İyun 2026
Ölkə futbolu Premyer Liqa

“Neftçi”də daha bir ayrılıq – Azərbaycandan GETDİ

Daha bir futbolçu “Neftçi”dən göndərilib.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Rafael Quzzodan gedir.

Nəinki əsas heyətə düşə bilməyən, hətta bir çox oyunda forma şansı qazanmayan portuqaliyalı yarımmüdafiəçi ilə mövcud müqaviləyə qarşlıqlı razılaşma əsasında xitam verilib.

30 yaşlı futbolçu ötən gün Azərbaycanı tərk edib.

Qeyd edək ki, braziliyalı müdafiəçi Yuri Matias da yeni müqavilə təklifi almadığından ötən günlərdə ölkəmizi tərk edib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43