15 İyun 2026
Ölkə futbolu

“İmişli” millinin futbolçusuna “elçi düşdü” – SON DƏQİQƏ!

“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə karyerasını başqa komandada davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqaya vəsiqə qazanan “İmişli” futbolçunun xidmətində maraqlıdı. Bölgə təmsilçisi U-21 millimizdə də çıxış edən 18 yaşlı futbolçunu heyətinə qatmaq istəyir və bunun üçün də danışıqlar davam etdirilir.

Bu ilin avqustun 1-də “Sumqayıt”la müqaviləsi başa çatacaq yarımmüdafiəçi “İmişli” variantı üzərində götür-qoy edir. Tərəflər maliyyə məsələsində razılaşa bilsə, Nihad Əhmədzadəni yeni mövsümdə “İmişli” klubunun heyətində görə biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43