05 İyun 2026
Dünya futbolu

A Seriyasının ən yaxşı futbolçusu açıqlandı

İtaliya A seriyasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

İdmanxeber.az xəbər verir ki, bu ada “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey layiq görülüb. 28 yaşlı yaşlı futbolçu 34 matçda 12 qol vurub və 6 asist edib.

“Napoli” son turda “Kalyari”ni məğlub edərək İtaliya A seriyasının çempionu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43