Misli Premyer Liqasının 36-cı – sonuncu turunda “Neftçi”ni qəbul edəcək “Sabah” oyuna itkilərlə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, zədəli Amin Seydiyevlə Coy Lens Mikels görüşdə forma geyinə bilməyəcək.
“Neftçi” də oyuna itkilərlə çıxır. Zədəlilər – Emil Səfərov, Ryo Ohori, Yuri Matias və Rafael Quzzo görüşü buraxacaqlar.
İki komandanın da heyətində itki yoxdur.
Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı bu gün saat 19:30-da start götürəcək.

