08 İyul 2026
Dünya futbolu

Konte “Napoli”dən ayrılır?

“Napoli”inin baş məşqçisi Antonio Konte komandanı çempion etməsinə baxmayaraq, klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya mətbuatında bu barədə xəbərlər dolaşır. İddia edilir ki, italiyalı mütəxəssislə klub rəhbərliyi arasında münasibətlər qeyri-müəyyəndir.

Hətta bildirilir ki, rəhbərlik Kontenin yerinə Massimiliano Alleqri ilə danışıqlara başlaya bilər. Məşqçinin klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43