“Lill”in hücumçusu Conatan David karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Napoli” klubu maraqlıdır. Tərəflər arasında danışıqlar davam edir. Davidə illik təxminən 6 milyon avro maaş təklif olunur.
2024/25 mövsümü onun karyerasında ən uğurlu mövsüm olub. O, “Lill”in heyətində 49 oyunda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.

