28 İyun 2026
Dünya futbolu

Portuqaliyalı Türkiyədə oynadıqdan sonra futboldan getdi

“Portu” komandasının sabiq oyunçusu Andre Kastro futbolla vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı özü sosial şəbəkə hesabından paylaşım edib. O, 37 yaşında karyerasını bitirmək qərarına gəlib.

Portuqaliyalı futbolçu Türkiyədə “Kasımpaşa” və “Göztepe” klublarının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43