“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”nın maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi futbolçu ilə əlaqə saxlayıb. 27 yaşlı hücumçu 2024/25 mövsümünün ikinci yarısını “Aston Villa”da keçirib.
O, müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. “Qırmızı şeytanlar” Reşfordu 40 milyon avroya satmağa hazırdır.
Futbolçu “Aston Villa”nın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

