Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynamağa davam edəcək. O, komanda ilə yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, daha öncə mətbuatda 40 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

