19 İyun 2026
Ölkə futbolu

“Sabah”ın Avropa Liqasında potensial rəqibləri bəlli oldu

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

İdmanxeber.az xəbər verir ki,  paytaxt təmsilçisi püşkatma mərasimində səpələnməmişlər sırasında yer alacaq. Komandanı potensial rəqibləri aşağıdakı klublar ola bilər:

“Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Varşava, Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “ÇFR Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya).

Püşkatma iyunun 17-də, matçlar isə 10-17 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43