14 İyul 2026
Dünya futbolu

“Çelsi” Sançodan imtina etdi

“Çelsi” icarə əsasında komandada forma geyinən Ceydon Sançonu transfer etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçunun müqavilə ilə sahib olduğu “Mançester Yunayted”lə anlaşsa da, oyunçunun özü ilə razılığa gələ bilməyib.

Sanço 2024/25 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 31 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43