14 İyul 2026
Dünya futbolu

Selçuk İnan Super Liqa klubunda

Türkiyə Super Liqasına vəsiqə qazanan “Kocaelispor”nin yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu posta Selçuk İnan təyin edilib.Onunla 1+1 illik müqavilə imzalanıb. İnanın son klubu “Qaziantep” idi.

Xatırladaq ki, “Kocaelispor” yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43