08 İyul 2026
Kateqoriyasız

“Real” 16 yaşlı futbolçunu transfer etmək istəyir

“Ayaks”ın 16 yaşlı futbolçusu Abdella Uazan karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Real” klubu maraqlıdır. Amsterdam klubunun rəhbərliyi oyunçunu komandada saxlamaq istəsə də, futbolçu ayrılmaq istəyir.

İyunun 30-dan azad agent statusu daşıyacaq Uazan “Real”a pulsuz keçə biləcək.

Yarımmüdafiəçi ötən mövsüm klubun gənclərdən ibarət komandasında bütün turnirlərdə 20 matça çıxaraq 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43