08 İyul 2026
Ölkə futbolu

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırır 

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayıra bilər.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Emanuel Addaidən gedir. Qanalı futbolçu baş məşqçi Qurban Qurbanovun planlarına daxil deyil. Onun performansı gözləntilərin altında qalıb.

Futbolçunun icarəyə verilməsi də gündəmdədir. Əgər onu icarə əsasında heyətinə qatmaq istəyən komanda olsa, rəhbərlik buna mane olmayacaq.

Addai ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 39 oyun keçirib. O, bu görüşlərdə 4 qol vurub, iki assist edib.

Xatırladaq ki, Ağdam təmsilçisi 24 yaşlı futbolçu ilə keçən il 2 illik müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43