14 İyul 2026
İdman

“Gəncə”də yeni müqavilə

“Gəncə” klubu voleybolçusu Nərminə Musayeva ilə müqavilə müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərb təmsilçisi oyunçu ilə 1 illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Nərminə Musayeva “Gəncə”nin heyətində Azərbaycan Kubokunun gümüş medalına sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43