PSV-nin yarımmüdafiəçisi Malik Tilman karyerasını Almaniyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Bayer” klubu maraqlıdır. Rəhbərlik 23 yaşlı oyunçu ilə razılığa gəlib.“Bayer” bu keçid üçün 35-40 milyon avro ödəyəcək.
Amerikalı oyunçu son mövsümdə bütün turnirlərdə 34 oyuna çıxaraq, 16 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Niderland klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.

