25 İyun 2026
Ölkə futbolu

“Zirə” yeni futbolçuyla anlaşdı – RƏSMİ

“Zirə” yeni futbolçuyla anlaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Abdul Aziz Batibieni heyətinə qatıb. Toqolu futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.

Xatırladaq ki, “Zirə” bunadək Brahim Konate (“Şamaxı”), Yeqor Boqomolski (son klubu “Neftçi”), İsmayıl İbrahimli (son klubu “Qarabağ”), Rövlan Muradovu (son klubu “Sumqayıt”) da sıralarına cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43