14 İyul 2026
Dünya futbolu

Niko Uilyams 10 illik müqavilə bağladı

“Atletik” futbolçusu Niko Uilyamsla yeni müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik İspaniya millisinin üzvü ilə 10 illik sözləşmə imzalayıb. Onun müqaviləsində 60 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib

Ötən mövsüm Uilyams bütün turnirlərdə 45 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43